...

Azərbaycanın Kənd təsərrüfatı nazirliyində Taxıl Şurası yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2006 17:22 (UTC +04:00)

Azərbayanın kənd təsərrüfatı naziri İsmət Abasovun fərmanı ilə dövlət strukturunda Taxıl Şurası yaradılıb. Trend in xəbər verdiyi kimi, bu barədə martın 3-də nazirin özü məlumat verib. Şuraya kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev rəhbərlik edəcək.

Yeni Şuranın yaradılmasında məqsəd ölkədə taxılın ixrac və idxalına nəzarət, yerli müəssisələr tərəfindən toxum istehsalı və Azərbaycanda taxılla bağlı digər məsələlərlə əlaqədardır.

Nazir bildirib ki, indiyədək bəzi müəssisələr tərəfindən aşağı keyfiyyətli taxılın regionlarda yerli fermerlərə və sahibkarlara satılması faktları aşkar olunub.

"Şura məhz gələcəkdə belə faktların qarşısını almaq məqsədilə yaradılıb. Hər hansı neqativ hal aşkar edildiyi təqdirdə, qanunvericiliklə müəyyən edilmiş şərtlərə müvafiq olaraq işlər həyata keçiriləcək, qanunu pozmuş şəxslərə qarşı isə hüquq-mühafizə orqanları tərəfindən qəti tədbirlər görüləcək", - deyə İsmət Abasov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti