Dövlət əmlakının idarə edilməsi üzrə Dövlət komitəsi "Bakı Teleqraf" SC-nin aksiyalarını investisiya müsabiqəsinə çıxarıb. Dövlət komitəsində Trend ə bildirilib ki, sərmayəçilərin təklifləri aprelin 26-dan qiymətləndirilməyə başlanacaq, təkliflər aprelin 14-dək təqdim oluna bilər.
Sərmayəçilər öz investisiya proqramlarında rabitə xidmətinin təşkili, beynəlxalq standartlara uyğunluq, istehsal prosesində müasir texnologiyalardan istifadə, yeni iş yerlərinin açılması və köhnə iş yerlərinin bərpası kimi məsələlərlə bağlı təkliflər təqdim etməlidir.
Sərmayəçilər həm də dövlət büdcəsinə 12 mlrd. manat yaxud 2,4 mln. AZN məöləğində vəsaitin köçürülməsi və 40 min özəlləşdirmə çekinin verilməsi ilə bağlı təkliflər də təqdim etməlidir.