...

Azərbaycan şirkətləri İsveçrədə keçiriləcək investisiya forumunda iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2006 16:15 (UTC +04:00)

Azərbaycan nümayəndə heyəti iyunun 10-12-də Şərqi Avropa və MDB ölkələri üçün keçiriləcək İsveçrə investisiya forumunda iştirak etmək məqsədilə Sürixə yola düşəcək. Azərbaycanda İxracın Təşviqi və İnvestisiya Fondunun (AzPROMO) prezidenti Emil Məcidovun Trend ə verdiyi məlumata görə, İsveçrənin Sofi təşkilatı ilə əməkdaşlıq çərçivəsində Azərbaycana pulsuz stendlər verilib.

10 şirkətin nümaynədələrinin daxil olacağı heyətə AzPROMO-nun kiçik məsləhətçisi Emin Zeynalov rəhbərlik edəcək. Tədbirdə Şərqi Avropa və MDB ölkələrinin nümayəndələri isveçrəli sərmayədarlara investisiya layihələri təqdlim etmək imkanına malik olacaq.

Xəbər lenti

Xəbər lenti