...

Belarus Gəncə Avtomobil zavodunda traktorların, yük maşınlarının və avtobusların yığılmasını təşkil etmək üçün təklif verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2006 11:38 (UTC +04:00)

Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev Belarusun sənaye nazirinin müavini Valentin Qurnioviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinə istinadən Trend məlumat verir ki, nümayəndə heyətinin tərkibinə Minsk Traktor Zavodunun və "BelAvtoMaz" istehsalat Birliyinin rəhbərləri daxil olub.

H.Babayev dövlətlərarası münasibətlərin vacibliyini və Azərbaycan prezidentinin 2006-cı ildə Belarusa səfərinin əməkdaşlığın inkişaf etdirilməsi yolunda təkan olacağını qeyd edib.

O, ölkənin iqtisadi vəziyyəti və investisiya imkanlarından danışıb. Bununla yanaşı Azərbaycanla Belarus Respudlikası arasında iqtisadi əlaqələrin inkişafı üçün böyük potensial da var. Nazir qeyd edib ki, 2005-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi 19,3 milyon dollar təşkil edib, lakin bu həcm arzulanan səviyyəyə çatmır. Onun fikrinə görə, iqtisadiyyatın müxtəlif sahələrində, eyni zamanda maşınqayırma, kənd təsərrüfatı, tikinti və digər sektorlarda əməkdaşlıq üçün imkanlar var.

Q.Babayev Belarus iş adamlarını maliyyələşməsində Azərbaycan İnvestisiya Şirkətinin iştirakı gözlənilən layihələrdə aktiv əməkdaşlığa dəvət edib.

V.Qurinoviç öz növbəsində əməkdaşlığın inkişafı üçün imkanları yüksək qiymətləndirərək iqtisadi sferada əməkdaşlığın inkişafına istənilən dəstək göstərməyə hazır olduğunu qeyd edib. Belarus nümayəndə heyəti səfər çəpçivəsində artıq üç maşınqayırma zavodu ilə tanış olub və Azərbaycanda traktorların, yük maşınlarının və avtobusların yığılmasını təklif edib. Bu istiqamətdə Gəncə Avtomobil Zavodunun real imkanları var. Bunu V.Qurinoviç qeyd edərək əlavə edib ki, bu, yeni iş yerlərinin yaradılmasına imkan verəcək. O, həmçinin gələcək əməkdaşlığın istiqamətlərdən birini - liftlərin yığılmasını təklif edib və iqtisadiyyatın müxtəlif sferalarında təcrübənin öyrənilməsi hər iki tərəfə xeyir gətirəcəyini bildirib.

Q.Babayev təklif edilən layihələri dəstəkləməyə hazır olduqlarını bildirib.

Xəbər lenti

Xəbər lenti