...

Bakı üzrə kassa aparatlarından istifadədə 35439 pozuntu aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2006 17:19 (UTC +04:00)

Vergilər Nazirliyi operativ vergi nəzarəti üzrə geniş miqyaslı tədbirlər çərçivəsində Bakının 150 925 obyektində vergi reydləri keçirib. Trend Vergilər Nazirliyinin Operativ nəzarət idarəsinin press-relizinə istinadən xəbər verir ki, noyabrın 27-nə olan məlumata görə, qanunvericiliyin pozulması halları 35439 obyektdə aşkar olunub. Nəticədə bu obyektlərə 3196,215 min manat məbləğində cərimə kəsilib.

24 iyuldan etibarən paytaxtda nəzarət-kassa aparatlarından istifadə və alıcılara çeklərin verilməsinə, yəni əhali ilə nağd pul hesablamalarının həyata keçirilməsi qaydalarına riayət olunmasına nəzarət üzrə vergi reydləri keçirilir.

Xəbər lenti

Xəbər lenti