...

Azərbaycanda kadastrın yaradılması layihəsi üzrə KfW missiyası DB ekspertlərinə qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2006 18:49 (UTC +04:00)

Daşınmaz əmlak və kadastrın qeydiyyatının vahid sisteminin inkişaf proqramı çərçivəsində iş həcmini aşkar etmək üçün KfW Almaniyanın inkişaf bankının missiyası Bakıdadır. Missiyaya İzabella Ştaymer və cənab Vyutrix daxildir. Bankın Bakı ofisindən Trend ə verilən məlumata görə, missiya dekabrın 11-də öz işinə başlayıb və bu iş dekabrın 14-dək davam edəcək.

Missiya Dünya Bankı tərəfindən analoji layihənin hazırlanmasının gedişatı və DB layihəsinin tərkibinə daxil ediləcək işlərin həcmi ilə tanış olur. Bundan sonra Almaniya bankının layihəsi üçün komponentlər müəyyənləşdiriləcək. Hazırda DB ekspertləri öz layihəsini qiymətləndirir və bu istiqamətdə iş dekabrın 13-dək davam edəcək.

Bu maliyyə institutları təkrarın olmaması üçün bu sahədə hərəkətləri əlaqələndirmək qərarına gəlib.

KfW daşınmaz əmlak və kadastrın qeydiyyatının vahid sisteminin inkişaf proqramı çərçivəsində tədbirlərə 2,5 mln. avro məbləğində güzəştli kreditin və təşkilatın -benefisiarın institutlaşdırılmasına 1 mln. avro məbləğində qrantın verilməsinə hazır olduğunu bildirib.

Bu layihə üçün təxminən 10-15 mln. ABŞ dolları tələb olunur, lakin ayrılan vəsaitlər hesabına bank hələ pilot layihəni reallaşdırmaq niyyətindədir. Pilot layihəyə Abşeron rayonu daxil olacaq. Ümumilikdə kadastrın yaradılması Bakı və Abşeron yarımadasından başlayacaq.

DB layihəsinin dəyəri təxminən 42 mln. ABŞ dolları təşkil edir, bunun təxminən 30 mln. ABŞ dolları bankın kreditinin payına düşür.

Respublika üzrə torpaq kadastrının yaradılması prosesini 5 il ərzində tamamlamaq mümkün olacaq. Proqramın reallaşdırılması nəticəsində bütün obyektlər xəritəyə daxil edilib və real vaxt rejimində idarə etmək üçün peyk sistemi yaradılacaq.

İndiyədək 3,2 mln. ABŞ dolları məbləğində Yaponiya qrantının vəsaitləri hesabına 50 min sahənin göstərilməsi ilə rəqəmli xəritə yaradılıb.

Xəbər lenti

Xəbər lenti