...

Azərbaycan Maliyyə Nazirliyi aksiz markaların hazırlanması üçün sifariş verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2006 17:14 (UTC +04:00)

Bu gün Azərbaycan Maliyyə Nazirliyi tütün və spirtli məhsullar üçün aksiz markaların hazırlanması üçün tenderin qalibini elan edib. Maliyyə Nazirliyindən Trend ə verilən məlumata görə, qalib Litvanın Carsu Pasarlins şirkəti olub, ikinci yeri isə Almaniyanın şirkəti tutub. Tenderdə cəmi üç şirkət iştirak edib. Üçüncü iştirakçı Estoniyanın Vaba Maa şirkəti olub.

Tenderin qalibi ilə müqavilənin bu gün və ya sabah imzalanacağı gözlənilir.

Carsu Pasarlins şirkətinin təklifinə əsasən sifariş 1517500 avro məbləğində 60 günə qədər həyata keçirilmə müddəti ilə və 100 min avro məbləğində bank zəmanəti ilə yerinə yetiriləcək. İkinci iddiaçı - Giescke & Devirient, sifarişi 1590200 avro məbləğində 8 həftədən 12 həftəyə qədər həyata keçirilmə müddəti ilə və 96 min avro məbləğində bank zəmanəti, Vaba Maa isə - sifarişi 1814 min avro məbləğində 90 günə qədər həyata keçirilmə müddəti ilə və 100 min avro məbləğində bank zəmanəti ilə yerinə yetirməyi təklif edib.

Ölkədə istehsal olunan pivə üçün cəmi 50 mln. aksiz markasının, ölkədə istehsal olunan və idxal olunan spirtli içkilər üçün 15 mln. aksiz markasının, eləcə də ölkədə istehsal olunan tütün məhsulu üçün 500 mln. aksiz markasının çap olunması tələb olunur.

Xəbər lenti

Xəbər lenti