...

Azərbaycan birjaları tərəfindən 2006-cı ildə 600-dən artıq hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2007 11:07 (UTC +04:00)

2006-cı ildə Azərbaycanda fəaliyyət göstərən birjalar tərəfindən 604 hərrac keçirilib, hərrac çərçivəsində ümumi dəyəri 3071,1 mln. manat olan valyuta ehtiyatları, qiymətli kağızlar, daşınmaz əmlak və istehsal-texniki təyinatlı məhsullar realizə edilib. Dövlət Statistika Komitəsinə istinadən Trend xəbər verir ki, keçən ilin eyni dövrü ilə müqayisədə ümumi dövriyyə həcmi 2,3 dəfə artıb.

Satış kəmiyyətinə və həcminə görə Bakı banklararası valyuta birjası dövriyyəsini 2,2 dəfə artırmaqla daha çox fəallıq nümayiş etdirib. 1160,4 mln. manat həcmində ABŞ dolları, 497 min manat həcmində avro və 24,8 min manat həcmində rus rublu satılıb. Bakı Fond Birjasında qiymətli kağızların satışında artım 2,7 dəfə olub.

Xəbər lenti

Xəbər lenti