...

AMB-nin Azərbaycanın valyuta bazarında xüsusi çəkisi 10-11%-ə qədər artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2007 16:32 (UTC +04:00)

Artıq pul kütləsinin sterilləşdirilməsi üzrə tədbirlər nəticəsində 2006-cı ilin yekunlarına görə, ölkənin valyuta bazarında Azərbaycan Milli Bankının xüsusi çəkisi 10-11%-ə qədər artıb. Bu barədə Trend xəbər verir.

Çərşənbə günü AMB-nin idarə heyətinin sədri Elman Rüstəmovun verdiyi xəbərə görə, əvvəl bu bazarda Milli bankın payı 2-3% təşkil edirdi.

Onun sözlərinə görə, ötən il ölkənin valyuta bazarının həcmi 8 mlrd. ABŞ dollarına çatıb.

"Ölkəmizin yüksək profisitli ödəniş balansı var, lakin neft-dollar daxilolmalarının toplaşdığı Dövlət Neft Fondu şəklində səmərəli mexanizmin yaradılmasına baxmayaraq, onların bir hissəsi artıq valyuta bazarına daxil olur", - deyə E.Rüstəmov qeyd edib.

Bu vəziyyətdə manatın məzənnəsinə ciddi təzyiq göstərilir, nəticədə AMB mühüm oyunçuya çevrilir. "Biz bazarda artıq təzyiqi aradan qaldırırıq və ötən ilin yekunlarına görə dollar pul kütləsinin sterilləşdirilməsinin həcmi 1 mlrd. ABŞ dolları təşkil edib", - deyə AMB başçısı bildirib.

Xəbər lenti

Xəbər lenti