...

Azərbaycan Milli Bankı manat investisiyasını 8 dəfə artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2007 14:54 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend İ. Xəlilova/2006-cı ilin nəticələrinə əsasən, Azərbaycan Milli Bankı (AMB) ölkənin sərəncamında olan valyuta ehtiyatlarının idarə olunmasından 70 milyondan çox gəlir əldə edib. AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmovun məlumatına əsasən, hazırda valyuta ehtiyatları 2 milyard dollar təşkil edir. Bunlardan Dünya Bankının xəzinədarlıq idarəsinə və digər xarici menecerlərə 250 milyon dollar verilib.

AMB rəhbəri Dünya Bankı ilə əməkdaşlığı effektiv hesab edir. Üç illik məsləhətləşmə və ehtiyatlarla idarəetmə proqramı çərçivəsində Dünya Bankı AMB-nin idarəolunmasında potensialın artılırmasına təşəbbüs göstərəcək. Bu proqramın effektliyi üçün bura Dövlət Neft Fondu da qoşulmağa hazırlaşır, belə ki, fondda texniki tərkib çoxdur. Valyuta ehtiyatlarının artırılmasına baxmayaraq, AMB xarici menecerlərin sayını artırmağa hələ hazırlaşmır. E. Rüstəmov bunun perspektivdə baxılmasını istisna etmir, bu ehtiyatların idarə olunmasından asılı olacaq.

Onun sözlərinə görə, valyuta ehtiyatlarının əhəmiyyətli artımı ölkənin valyuta bazarında manat müdaxiləsinin həcminin artırılması hesabına baş verib.

"Qeyri-neft sektorunun inkişafına mənfi təsir edəcək manatın artıq möhkəmlənməsindən qaçmaq üçün AMB-nin sterilizasiyası 1 milyard dollara həyata keçirilib. Dövriyyədən çıxarılmış artıq dollar kütləsi valyuta ehtiyatlarının artırılmasına istiqamətləndirilib", deyə E. Rüstəmov bildirib.

Ötən il AMB valyuta bazarında iştirakı həcmini 8 dəfə artırıb, belə ki, 2005-ci ildə müdaxilə cəmi 118 milyon dollar həcmində həyata keçirilib.

Sterilizasiya tədbirləri nəticəsində manat 2006-cı ilin nəticələrinə görə 5,1% möhkəmlənib, valyuta bazarının həcmi isə 12 milyard dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti