...

İranda hərbi əməliyyatların başlayacağı təqdirdə ekspertlər Azərbaycanda qiymətlərin qalxacağını bildirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2007 20:32 (UTC +04:00)
İranda hərbi əməliyyatların başlayacağı təqdirdə ekspertlər Azərbaycanda qiymətlərin qalxacağını bildirir

Azərbaycan, Bakı /korr. Trend Ü.İsmayılova, E.Xankişiyeva/ İranda hərbi əməliyyatlar başlayacağı təqdirdə Azərbayacanın istehlak bazarınada qiymətlər 25 faiz artacaq. Bu barədə cümə axşamı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Hüseynovun sözlərinə görə, qiymətlərin qalxması istehlak mallarına tələbin artması və təklif olunan malların azalması ilə əlaqədar olacaq.

"Təklifin azalması isə Iranla sərhədin bağlanması səbəbindən bu ölkədən gətirilən malların bazarda olmaması ilə bağlı olacaq",-deyə o bildirib.

Azərbaycan İrandan yalnız istehlak malları deyil, eyni zamanda qaz da idxal edir. İrandan idxal olunan qazın dayandırılması Naxçıvan MR-in enerji hasilatına mənfi təsir göstrərəcək.

Digər ekspertlərin fikrincə, 2007-ci ilin yanvar ayında İranla Azərbaycan arasında əmtəə dövriyyəsinə baxsaq, müşahidə edərik ki, Azərbaycan mallarının İrana ixracı bu ölkədən idxal olunan mallardan 5 dəfə çoxdur. İrandan Azərbaycana əsasən kənd təsərrüfatı məhsulları gətirilir.

"Bu il isə Azərbaycan müxtəlif bitkilərin yüksək məhsuldarlığını gözləyir. Burdan belə nəticəyə gəlmək olar ki, Azərbaycan-İran sərhədinin bağlanması qiymətlərin birdən-birə artımına səbəb olmayacaq",-deyə ekspertlər bildirir.

Xəbər lenti

Xəbər lenti