...

Palmali-nin yeni tankerinin özülü qoyulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2007 19:01 (UTC +04:00)

Azərbaycan, Baku / Trend / Nijni Novqorod şəhərinin "Krasnoe Sormovo" zavodunda "Palmali" Şirkətlər Qrupunun sifarişi ilə 19619 layihəli yeni tankerin özülü qoyulub. İnşa edilən tankerin uzunluğu 150 metr, eni 17.30 metr və gövdəsinin hündürlüyü 10.50 metr təşkil edir. Gəminin yük tutumu 14770 m3-dir. 20 nəfərdən ibarət heyət üzvü üçün nəzərdə tutulan tanker Rusiya bayrağı altında üzəcək.

Martın 26-da "Palmali" Şirkətlər Qrupuna məxsus Pal-3 və Pal-6 gəmiləri Həştərxan limanından çıxaraq Volqoqrad şəhərinə istiqamət almaqla Rusiyada yay naviqasiyasını açıb.

Palmali Şirkətlər Qrupu Aralıq, Baltik, Xəzər və Qara dəniz hövzələrində yük daşınmalarını həyata keçirir. Bunula yanaşı, şirkət Rusiyanın daxili sularında yük daşınmaları üzrə liderdir. Şirkətin donanması kirayə götürülmüş gəmilər də daxil olmaqla 120-yə yaxın yük gəmisindən ibarətdir.

Palmali əsasən neft məhsulları (benzin, qazoyl, vakumlu qazoyl, yanacaq, ağ neft), xam neft, ərzaq və sənaye yağlarının daşınmasında ixtisaslaşıb. Şirkətə məxsus quru yük gəmiləri həmçinin bütün növ quru yüklərin daşınmasını da həyata keçirir.

Xəbər lenti

Xəbər lenti