...

Azərbaycanın Xanlar rayonunda mehmanxana tikiləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2007 18:54 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Xanlar rayonunda ilk dəfə olaraq iki çoxmərtəbəli binanın tikintisinə başlanılıb. Bu barədə çərşənbə günü Xanlar rayon İcra Hakimiyyəti başçısının müavini Turani Əliyev məlumat verib.

Onun sözlərinə görə, yeddimərtəbəli binaların hər biri bir, iki və üç otaqlı olmaqla 70 mənzildən ibarət olacaq. Əliyev bildirib ki, Xanlar rayonu turizmin inkişafı üçün əlverişli yer olduğundan çoxmərtəbəli binalardan biri mehmanxana olacaq.

Xanlar rayonu Azərbaycanın paytaxtı Bakıdan 400 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti