...

Nazir müavini: "Azərbaycan dəmir yollarının inkişafı proqramının dəyəri 1 mlrd. dollar məbləğində qiymətləndirilir" (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2007 15:18 (UTC +04:00)
Nazir müavini: "Azərbaycan dəmir yollarının inkişafı proqramının dəyəri 1 mlrd. dollar məbləğində qiymətləndirilir" (video)

Azərbaycan,Bakı/müxbir Trend E.Hüseynli,S.Əliyev/ Azərbaycan dövlət dəmir yolunun 2007-2011-ci illər üçün beş illik inkişaf proqramı yaxın zamanlarda qəbul olunacaq. Hazırda bu sənəd təsdiq olunmaqdadır. Bu barədə cümə axşamı Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.

Onun sözlərinə görə, bu proqramın dəyəri 1 mlrd. dollar məbləğində qiymətləndirilir.

Bu proqram çərçivəsində dəmir yolunun lokomativ və vaqon parklarının yenidən qurulması, energetika təsərrüfatının yaxşılaşdırılması, dəmir yolu təsərrüfatının yenidən qurulması və digər infrastrukturların bərpa olunması üzrə işlər nəzərdə tutulub.

Bundan başqa, 502 km uzunluqda olan Bakı-Böyük Kəsik (Gürcüstan sərhəddi) marşrutu üzrə sürət sərnişin qatarının işə salınması layihəsinin reallaşdırılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti