...

Gürcüstan-Türkiyə şirkəti Paravani gölündə SES tikəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2007 18:48 (UTC +04:00)

Gürcüstan, Tbilisi/müxbir Trend N.Kirtsxalia/Gürcüstan-Türkiyə şirkəti "Corcian-Urban-enerji" ASC Paravani gölündə (Samtsxe-Cavaxeti regionu) SES-in tikintisi üçün 100 milyon dollar ayıracaq. Bu gün Gürcüstan hökumətinin iclasının sonunda brifinqdə energetika naziri Nika Qilaurinin bəyan etdiyi kimi, söhbət sutkada 400 milyon kilovatt gücə malik olan SES-dən gedir.

Onun sözlərinə görə, artıq bir həftədən sonra SES-in tikintisi haqqında müqavilə Gürcüstan hökuməti və ASC arasında imzalanacaq. Memorandumun rəsmiləşdirilməsindən sonra şirkət SES-in tikintisinə başlayacaq.

Qilauri vurğulayıb ki, tikintidən əvvəl "Corcian-Urban-enerji" texniki-iqtisadi əsaslandırma və SES layihəsini hazırlamalıdır. "Bunun üçün şirkətə ilin sonuna qədər vaxt verilir", - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti