...

Dünya Bankının dəstəyi ilə Azərbaycanın bir sıra kəndlərinə su kəməri çəkilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2007 15:14 (UTC +04:00)

Azərbaycan, Bərdə /müx. Trend Ş.Cəliloğlu/ Dünya Bankının maliyyə dəstəyi ilə "Azərkənd" investisiya layihəsi çərçivəsində Azərbaycanın Yevlax rayonunun Havalar, Hacısəlli və Qaraqoyunlu kəndlərinə su kəməri çəkilib.

Yevlax İcra Hakimiyyətinin İctimai-siyasi şöbəsinin müdiri Hümbət Məmmədovun sözlərinə görə, 300 il içməli su problemindən əziyyət çəkən kəndlərə Mingəçevir su anbarından uzunluğu 29 km 160 mm diametrlik boru çəkilib.

Kəmərin inşası üçün 100 min dollar xərclənib. Bu vəsaitin 8 min dolları kənd bələdiyyəsinin büdcəsindən ödənilib.

Sözügedən kəndlərdə yaşayan əhalinin sayı 6 minə yaxındır.

Kənd əhalisinin ixtiyarında 156 bulaq var. Üç il ərzində Yevlax Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına 12 kəndə içməli su kəməri çəkilib.

Hazırda rayonun Aran kəndinə su kəmərinin çəkilməsi ilə bağlı işlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti