...

May ayında brokerlərin renkinqinə Standard Capital rəhbərlik edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2007 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / May ayında dövlət qiymətli kağızlar bazarında (repo-əməliyyatlar bazarı istisna olmaqla) göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqinə 9 müştəriyə 53, 882 mln. manat dəyərində broker xidməti göstərimiş Standart Capital başçılıq edib. İkinci yeri birincidən 0,514 mln. manat az, 6 müştəriyə 53,368 mln. manat dəyərində xidmət göstərmiş "Texnika Kapital Menecment" tutub. Xidmətlərin göstərilməsi üzrə üçüncü yerdə isə 5,015 mln. manatla International Transaction Systems qərarlaşıb.

May ayında brokerlərin renkinqində birinciliyə iddia edənlərin ötən ayla müqayisəsində vəsaitin həcmi azalıb. Aprel ayında broker xidmətlərinin göstərilməsi üzrə liderlik edən məbləğ 55,447 mln. manat təşkil edib. Bundan əlavə may ayında bazarın bu sahəsində xidmət göstərən brokerlərin sayı 9-dan 8-ə enib.

2007-ci ilin may ayında DQK bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi

Xidmətlərin həcminə görə yeri Xidmətlərin həcminə görə yeri Brokerlərin adı Müştərilərin sayı Müştərilərin sayı Broker xidmətlərinin məbləği (AZN)
2 1 (^) Standard Capital 6 9 53.882.409,96
1 2 (Ў) Texnika Capital Management 5 6 53.368.052,44
3 3 (-) International Transaction Systems 1 1 5.015.472,00
4 4 (-) UniBank 2 2 4.178.934,72
5 5 (-) AtaBank 1 1 2.548.302,54
6 6 (-) AzerigazBank 1 1 1.703.817,04
9 7 (^) Yapi Kredi Bank 1 2 1.406.712,88
8 8 (-) ADB broker 1 1 300.078,08

- Aprel 2007 - Aprel 2007 - May 2007

Xəbər lenti

Xəbər lenti