...

Vergilər Nazirliyi: "Bu gün mövcud olan Vergi Məcəlləsi kifayət qədər liberaldır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2007 14:04 (UTC +04:00)
Vergilər Nazirliyi: "Bu gün mövcud olan Vergi Məcəlləsi kifayət qədər liberaldır"

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova / Bu gün mövcud olan Vergi Məcəlləsi kifayət qədər liberaldır və o, Vergilər Nazirliyinə vergi yayınmalarına görə sərt cəza tətbiq etməyə imkan vermir. Azərbaycanın Vergi Məcəlləsinə görə borcluları nazirlik yox, məhkəmə orqanları cəzalandırmalıdır. Bu sözlər Azərbaycan Vergilər Nazirliyinin məcburi vergi ödəmənin təşkili idarəsinin rəis müavini Hikmət Fətullayevə məxsusdur.

O hesab edir ki, vergi yayınmalarına görə cəzanı nazirlik verməlidir. Fətullayev qeyd edib ki, Azərbaycan əhalisi verigilərin vaxtlı-vaxtında ödənilməsinin vacibliyini tam dərk etmir, nəticədə bu, nazirlik üçün problem yaradır.

Məsələn, bir çox Avropa dövlətlərində borclular qısamüddətli həbs cəzası alır və yaxud da həmişə bu borcu ödəmək hüququ olan üçüncü şəxs var. Bu, əhalinin anlayışından xəbər verir. Azərbaycanda bu qaydalar mövcud deyil, bu səbəbdən də əhali nəticələrdən qorxmayaraq vergilərdən yayınır.

"Vergilər Nazirliyi məcburi vergi ödəmə haqda qanuna dəyişikliklərin edilməsi məqsədilə hökumətə müraciət edib. Bu müddəanın dəyişdirilməsi haqda təklif həmçinin parlamentin yaz sessiyasının gündəliyinə salınıb" - deyə Fətullayev vurğulayıb.

İyunun 30-a olan məlumata əsasən, vergi üzrə borclar 2 mlrd. manat (əsasən ƏDV üzrə) təşkil edir. Onların yarısı dövlət, digər hissəsi isə özəl müəssisələrin payına düşür.

İlk beş ayda məhkəmə qərarları olmadan vergi borclarından 2 mln. manat ödənilib.

Hər bir fəaliyyət göstərən müəssisə hər ayın 20-dək sadələşdirilmiş vergi ödəməlidir. Ödəmə olmadığı halda, ayın 20-dən sonra hər gün üçün əsas məbləğə 1,1 faiz gəlir.

Xəbər lenti

Xəbər lenti