...

Parlament komissiyasının rəhbəri: "Azərbaycanda sığorta haqqında yeni qanun bu il qəbul olunmayacaq" (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2007 15:16 (UTC +04:00)
Parlament komissiyasının rəhbəri: "Azərbaycanda sığorta haqqında yeni qanun bu il qəbul olunmayacaq" (video)

Azerbaydjan, Baku /müx. Trend Ü.İsmayılova / Çərşənbə axşamı parlamentin İqtisadi siyasət məsələləri üzrə komissiyasının sədri Ziyad Səmədzadənin veridiyi məlumata görə, sığorta haqqında yeni qanun əvvəllər güman edildiyi kimi parlamentin payız sessiyasında qəbul olunmayacaq. "Sığorta şirkətlərinin fəallığının artmasına, onların hətta investisiya layihələrində geniş iştirak etməsinə baxmayaraq, bir iqtisadçı kimi onların səviyyəsi məni qane etmir. Sığorta bazarının inkişaf dinamikası ölkənin iqtisadiyyatının inkişaf dinamikasından geridə qalır" - deyə o bildirib.

Azərbaycanda hazırda 29 sığorta şirkəti fəaliyyət göstərir.

Azərbaycanda ən məşhur sığorta növü non-life sığortasıdır, bu sığorta növünün payına birinci rübdə 32,72 mln. manat sığorta haqqı, 24,73 mln. manat isə sığorta ödənişləri düşüb. Non-life sığortasının ən yüksək sığorta haqqı göstəricisi avianəqliyyat sığortasının payına düşür, təxminən 6,5 mln. manat.

Sığorta məhsulları arasında məşhurluq reytinqinə görə ikinci yerdə sığorta haqları 3,9 mln. manat, sığorta ödnişləri isə 616 min manat olan icbari sığorta dayanır.

Birinci rübdə sığortanın icbari növü üzrə ən böyük sığorta haqları hərbi işçilərin icbari sığortasının payına düşüb, sığorta haqları 2,7 mln. manat, sığorta ödənişləri isə 297 min manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti