...

"Azərdəmiryolbank" istiqrazları Avropa birjalarında yerləşdirməyə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2007 13:20 (UTC +04:00)

Azerbaydjan, Baku / Trend /  "Azərdəmiryolbank" ASC yaxın gələcəkdə Avropanın qiymətli kağızlar bazarına çıxmağı planlaşdırır. Bankın yaydığı məlumata görə, istiqrazlara böyük tələbat olduğu üçün "Azərdəmiryolbank" onları Avropa birjalarında yerləşdirməyə hazırlaşır.

Avqustun 7-də bank Bakı Fond Birjasında emissiyanın tam həcmini yerləşdirib. Təmin edilməmiş sənədsiz adlı faizli istiqrazların buraxılışının ümumi dəyəri 5 mln. manat olub. Emissiyanın tam həcmini iki qeyri-rezident investor alıb.

Hər birinin nominal dəyəri 1000 manat olan kupon istiqrazları buraxılış günündən etibarən tədavüldə 455 gün olacaq. İstiqrazlar üzrə faiz illik 14 faizdir. İstiqrazların yerləşdirilməsi üzrə anderrayter xidmətlərini "ADB Broker" MMC göstərib.  

Xəbər lenti

Xəbər lenti