...

Azərbaycan prezidenti auditorun vətəndaş məsuliyyətinin icbari sığortası haqqında qanunun təsdiqi barədə fərman verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2007 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Ü.İsmayılova/Azərbaycan prezidentiİlham Əliyev "Auditorun vətəndaş məsuliyyətinin icbari sığortası haqqında" qanunun təsdiq edilməsi barədə fərman verib. Bu barədə rəsmi mətbuatda məlumat verilib.

Fərmanda Nazirlər Kabinetinə tapşırılıb ki, ay ərzində prezidentə mövcud qanunvericilik aktlarının "Auditorun vətəndaş məsuliyyətinin icbari sığortası haqqında" qanuna uyğunluluğu barədə təkliflər təqdim olunsun.

Fərmanda icbari sığortanın baza tariflərinin müəyyənləşdirilməsinə dair tapşırıq verilib.

Qanun avqustun 16-da qüvvəyə minib.

Xəbər lenti

Xəbər lenti