...

Azərbaycan İrana elektrik enerjisi borclarını qaytarır

Energetika Materials 12 Sentyabr 2007 18:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ "Azərenerji" səhmdar cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərovun verdiyi məlumata görə, sutka ərzində Azərbaycan İrana 400 mln. kVt/saat həcmində olan elektrik enerjisi borcunun ödənilməsi məqsədilə 1,5-1,7 mln. kVt/ saat elektrik enerjisi çatdırır.

Azərbaycan İrana elektrik enrjisi borclarının ödənilməsini bu ilin sonuna qədər başa çatdıracaq. Lazım gələrsə poses gələn ilin əvvəllərinə qədər uzadıla bilər.

İrandan elektrik enerjisinin alınması hesabına Naxçıvan Muxtar Respkblikası elektrik enerjisi ilə təmin edilir. Azərbaycan İrandan elektrik enerjisini qış aylarında elektrik enerjisi çatışmazlığı müşahidə olunan zaman alır, yay aylarında isə İranda elektrik enerjisi çatışmazlığı müşahidə olunan zaman geri qaytarır.

Müqaviləyə əsasən, Azərbaycan bir il ərzində elektrik enerjisi borclarını tam olaraq qaytara bilmədiyi təqdirdə borcu pul vəsaitləri ilə ödəməlidir. İrana elektrik enerjisi borcları 11% artıqlaması ilə həyata keçirilir ki, bu da İran tərəfinin enerjinin çatdırılması zamanı uğradığı itkisi hesab olunur.

Xəbər lenti

Xəbər lenti