...

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti: "ARDNŞ-ın yeni ofisinin tikintisinə ilin sonunda başlanılacaq"

Energetika Materials 20 Sentyabr 2007 12:11 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti: "ARDNŞ-ın yeni ofisinin tikintisinə ilin sonunda başlanılacaq"

Azərbaycan, Bakı / Trend , Ü.İsmayılova/ Azərbaycan Dövlət Neft Şirtkətinin (ARDNŞ) yeni binasının tikintisinin layihələşdirilməsi başa çatıb. ARDNŞ prezidenti Rövnəq Abdullayevin cümə axşamı Bakıda verdiyi məlumata görə, ilin sonunda tikinti işlərinə başlanılacaq.

"Layihənin (binanın tikintisi) tikintisi 2,5 il çəkəcək" - deyə ARDNŞ prezidenti bildirib.

Binanın ümumi sahəsi 59 102 kvadrat metr, hündürlüyü 149,4 metr təşkil edəcək. ARDNŞ-ın yeni ofisi Cənubi Koreyanın "Heerim Architects & Planners Co. Ltd" şirkəti tərəfindən tikiləcək. Binanın 37 mərtəbəyə malik olması (iki yeraltı, 35 yerüstü) nəzərdə tutulur. Bina bir neçə konfrans zalı, qonaq evi, kompakt sosial-məişət obyektləri, yeralıt və yerüstü avtomobil dayanacaqları, avtonom texniki sahələr və hətta kompakt idman qurğularına malik olacaq.

Neft şirkətinin yeni ofisinin tikintisi məqsədilə artıq Bakının Heydər Əliyev prospektində torpaq sahəsi ayrılıb.

Xəbər lenti

Xəbər lenti