...

ARDNŞ neftinin Ceyhandan satışı üzrə tenderin bağlanma vaxtını dəyişib

Energetika Materials 11 Oktyabr 2007 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Ceyhan limanına çatdırılan Azeri Light markalı neftin satışına dair tenderin yekun vaxtını oktyabrın 12-nə keçirib. Bu barədə ARDNŞ-dən verilən məlumatda deyilir

Bu neft Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə çatdırılır (BTC).

Partiyanın həcmi 1 mln. barrelə (135 min ton) bərabərdir. Yüklənib-daşınma oktyabrın 30-dan noyabrın 1-nə planlaşdırılır.

Oktyabrın 5-də AZERI LT FOB Ceyhan neftinin qiyməti $78,62/barr. (əvvəlki qiymətlə müqayisədə $1,28/barr. artıb) təşkil edib.

ARDNŞ neftini 2007-ci ildə Ceyhandan bu şirkətlər alıb:

Glencore Energy - yanvar (1 mln. barrel);

VİLMA OİL - yanvar - fevral (1 mln. barrel);

Select Energy - fevral (600 min. barrel);

Select Energy - fevral-mart (1 mln. barrel);

Glencore Energy - mart (1 mln. barrel);

Addax - mart (1 mln. barrel);

Sumato Energy - aprel (1 mln. barrel);

Select Energy - aprel (1 mln. barrel);

Arcadia- may (2 mln. barrel);

OMV Supply & Trading - may (1 mln. barrel);

Vitol - iyun (1 mln. barrel);

Shell- iyun (1 mln. barrel);

Sumato Energy - iyul (1 mln. barrel);

Exxon-Mobil - oktyabr (1 mln. barrel).

Xəbər lenti

Xəbər lenti