...

Azərbaycan İrana olan elektrik enerjisi borclarının qaytarılması müddətini təyin edib

Energetika Materials 6 Noyabr 2007 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, Trend müxbir S. Əliyev\ "Azərbaycan İrana olan elektrik enerjisi borclarını gələn ilin fevralında qaytaracaq", çərşənbə axşamı "Azərenerji" Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov bildirib.

Azərbaycan İrana 400 mln. kVt/saat borcunu ödəmək üçün hər gün 1.5 - 1.7 mln. kVt/ saat elektrik enerjisi göndərir.

Azərbaycan İrandan elektrik enerjisini qış aylarında alır, yay aylarında isə qaytarır. Hazırda İrana olan borc 400 mln. kilovatt təşkil edir və Azərbaycan ilin sonuna qədər İran qarşısında olan elektrik enerjisi borclarını tamamilə ödəmək niyyətindədir.

Borcun ödənilməsi prosesi növbəti ilin əvvəlində də davam edə bilər. Borclar Naxçıvan Muxtar Respublikasının elektrik enerjisi ilə təmin olunması ilə əlaqədr yaranıb. Hazırda Naxçıvan MR-ə hər ay 10-15 mln. kilovatt/saat elektrik enerjisi ötürülür.

Razlıq əsasında Azərbaycan bir il ərzində borcu ödəyə bilmədiyi təqdirdə, qalan borcu pulla ödəməlidir. Qeyd edək ki, borcun ödənilməsi 11% artıqlaması ilə həyata keçirilir və bu ötürülmə prosesində elektrik enerjisi itkisinə görə İrana kompensasiya hesab olunur.

Xəbər lenti

Xəbər lenti