...

Bakı-Supsa neft kəmərində dolanma sahəsinin tikintisi başa çatıb

Energetika Materials 4 Mart 2008 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart / Trend , S.Əliyev/ "BP Azerbaijan" şirkəti Gürcüstanın Zestafoni adlanan ərazisindən təxminən 1 km məsafəyə uzanan Bakı-Supsa neft kəmərində dolanma sahəsinin tikintisini başa çatdırıb. BP-dən verilən məlumata görə, neft kəmərindəki işlər tam qurtarmayıb.

"Şirkət boru kəmərinin neftin ötürülməsi üçün hazırlığına əmin olduqda, onu istifadəyə verəcək"-deyə BP-dən məlumat verilib.

BP Azərbaycan Beynəlxalq Əməliyyatlar Şirkətinin, eyni zamanda, Bakı-Supsa neft kəmərinin operatorudur. Kəmərlə neftin ötürülməsi 2006-cı ilin okyabrında dayandırılmışdı.

ABƏŞ Zestafoni ərazisindəki boru kəməri sahəsində torpaq qatının hərəkət etməsi üzrə monitorinq keçirib. Cüzi hərəkətlər qeydə alınıb ki, bu da boru kəmərinin təxminən 6 mln. dollar dəyərində dolanma sahəsinin tikintisini zəruri edib.

Gürcüstan ərazisində Bakı-Supsa neft kəmərində dolanma sahəsinin tikintisini Almaniyanın MLG şirkəti icra edib.

Bakı-Supsada işlər dayandırılmazdan əvvəl boru kəmərindən ABƏŞ-in "Azəri-Çıraq-Günəşli" yatağından əldə edilən yüngül neft ötürülürdü.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti