...

ARDNŞ yeni dəniz qaz-kompressor stansiyasını istismara verəcək

Energetika Materials 11 Aprel 2008 18:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel / Trend / Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) iyul ayında "Günəşli" yatağının az sulu hissəsində yerləşən "Günəşli-4" platformasında qaz -kompressor stansiyasının tikintisini başa çatdıracaq və istismara verəcək. Bu stansiyanın istismara verilməsindən sonra sutkada təxminən 300 min kub metr həcmində səmt qazı əldə olunacaq və 40 faizə qədər artan atmosfer təzyiqi altında sahilə nəql olunacaq.

Şirkətdən verilən məlumata görə, bu stansiyanın istifadəyə verilməsi müvafiq infrastrukturunun olmaması səbəbindən əvvəllər atmosferə buraxılan qazın toplanması və sahilə nəql olunması üçün ARDNŞ-a imkan yaradacaq. Bu layihənin reallaşdırılması həmçinin ekoloji vəziyyətə müsbət təsir göstərəcək.

Stansiya üçün avadanlıqlar Almaniyanın "Siemens" şirkəti tərəfindən tədarük olunur. Tikinti və montaj işləri ARDNŞ-ın "Neftqaztikiti" Tresti tərəfindən həyta keçirilir.

Xəbər lenti

Xəbər lenti