...

ARDNŞ-ın Gəmi Təmiri Zavodunda yanğınsöndürmə gəmisində təmir işləri aparılır

Energetika Materials 25 Aprel 2008 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel / Trend / Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gəmi Təmiri Zavodunda "Vixr -3" yanğınsöndürmə gəmisində təmir işləri aparılır. Bu barədə ARDNŞ-ın məlumatında bildirilib. Hazırda "İsmət Qayıbov" sudaşıyan gəmisində də təmir işləri aparılır.

Gəmi Təmiri Zavodu artıq "Vixr -11" yanğınsöndürmə gəmisində təmir işlərini başa çatdırıb. Ön tərəfində buzqıran qurğuya malik olan okean tipli bu gəmi hava şəraitindən asılı olmayaraq 25 gün fasiləsiz olaraq açıq dənizdə işləyə bilər. Gəmi iki xilasedici qayıq (37 nəfər tutumlu) və iri gəmilərin keçə bilmədiyi yerlərə daxil ola bilən bota malikdir. Eləcə də, ötən günlərdə "Oqtay Vəliyev" yedəkləmə və təminat gəmisinin təmiri tamamlanıb.

Xəzər Dəniz Neft Donanmasının balansında Azərbaycan Fövqəladə Hallar Nazirliyinin istifadə etdiyi yeddi yüksək sürətli "Vixr" tipli yanğınsöndürmə gəmisi var.

Xəbər lenti

Xəbər lenti