Azərbaycan, Bakı, 02 may / Trend / Azərbaycan Dövlət Neft Şirkəti 2008-ci ilin yanvar-aprel aylarında Bakı-Novorossiysk şimal boru kəməri ilə 408,5 min tondan çox neft ixrac edib ki, bu göstərici ötən ilin analoji dövründə 183,4 min ton təşkil edib. Bu barədə Şirkətin məlumatında bildirilir.
Cari ilin aprel ayı ərzində Bakı-Novorossiysk şimal boru kəməri marşrutu üzrə neft ixracı 159,4 min tondan çox təşkil edib.
2006-cı il ərzində ARDNŞ Bakı-Novorossiysk şimal boru kəməri marşrutu üzrə 1 mln. 172 min ton neft (2005-ci ildə 1 mln. 631 min ton) ixrac edib.