...

Azərbaycanda enerji sisteminin gücünün hər il 1 min meqavatadək artırılması planlaşdırır

Energetika Materials 4 İyun 2008 18:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun / Trend İ.Xəlilova/ "Azerenerji" ASC ölkənin enerji sisteminin gücünü hər il 500 - 1 min meqavat artırmağı planlaşdırır. Bu haqda ASC texniki-istehsal şöbəsinin rəis müavini Bəhruz Sadıqov bildirib.

2007-ci ilin əvvəlinə görə, Azərbaycanda elektrik enerjisinin generasiyası üzrə güc 5590 meqavat təşkil edib. Müasir enerji güclərinin tətbiqini nəzərə aldıqda, elektrik enerjisinin istehsalında istifadə olunan şərti yanacağın həcmi 4 faiz azalıb, bu da 270 min tondan artıq qənaət deməkdir.

Sadıqovun sözlərinə görə, güclərin artırılması yeni obyektlərin tikintisi hesabına mümkün ola bilər. Hazırda Sumqayıtda 517, Sənqaçalda 300 meqavat gücündə yeni istilik elektrik enerjisi stansiyasının tikintisi, Minqəçevirdə istilik elektrik enerjisi stansıyası üçün 7 enerji blokunun yenidənqurma işləri aparılır. Bakıda 400 meqavat gücündə "Şimal-2" istilik elektrik enerjisi stansiyasının tikintisi üçün podratçı seçimi üzrə tender proseduru hələ davam edir.

Bundan əlavə, Şirvanda mazut və qazla işləyəcək 780 meqavat gücündə "Cənub" elektrik stansiyasının tikintisi üzrə işlərə başlanıb. Qubada da ölkənin şimal rayonlarını elektrik enerjisi ilə təmin edəcək 104-meqavatlıq modul elektrik stansiyasının tikintisi üzrə hazırlıq işləri aparılıb.

Ötən il respublikada, 2006-cı illə müqayisədə, 10 faiz azalaraq, saatda 21,4 mlrd. kvt elektrik enerjisi istehsal olunub. 2008-ci ildə elektrik enerjisinə gözlənilən saatda 22,333 mlrd. kvt tələbatın qarşılığında saatda 25, 259 mlrd. kvt elektrik enerjisi istehsalı planlaşdırılır.

İyunun 4-nə olan rəsmi məzənnə 0,8204 AZN/USD təşkil edir

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti