...

Azərbaycanda elektrik enerjisi ixdalının həcmi azalıb

Energetika Materials 19 İyun 2008 20:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun/ Trend / 2008-ci ilin yanvar-aprelində Azərbaycana 162,9 mln. kVt/s elektrik enerjisi idxal olunub ki, bu da 2007-ci ilin analoji göstəricisindən 60,7 faiz azdır. İdxal olunan elektrik enerjisinin dəyəri təqribən $6,2 mln. olub ki, bu da ötən ilin analoji dövründən 44,8 faiz azdır.

2008-ci ildə idxal olunan məhsulların ümumi həcmindən 314,6 min ton (2007-ci ildə 2,1 faiz) sement klinkerlərinin payına düşüb. İdxal olunan sement klinkerlərinin dəyəri $10 mln. olub (2007-ci ildən 42,6 faiz az). 2008-ci ildə dəyəri $13 mln.-dan çox olan (2007-ci ildən 19 faiz az) 358,8 min ton həcmində sement idxal edilib (2007-ci ildən 10,3 faiz çox).

Yanvar-aprel ərzində ölkəyə 245 min qaz, su və elektrik sayğacı idxal olunub ki, bu da 2007-ci ilin yanvar-aprelinə nisbətən 43,4 faiz azdır. Ümumilikdə $12,2 mln. dəyərində sayğac idxal olunub ki, bu da 2007-ci ildən 6 faiz azdır.

Xəbər lenti

Xəbər lenti