...

Qazaxıstan Batumi limanı vasitəsilə neft ixracını artırmaq niyyətindədir

Energetika Materials 25 İyun 2008 14:57 (UTC +04:00)

Qazaxıstan, Astana, 25 iyun/ Trend , müx. K.Konırova/ 2009-cu ildə Qazaxıstan neftinin Batumi və Cənubi Ozereyevka limanları vasitəsilə ixrac həcminin artırılması gözlənilir. Bu barədə Trend -ın Astanadakı müxbirinə "Qazmunayqaz"dakı məlumatlı mənbə bildirib.

"Gələcəkdə KTK neft kəmərinin son məntəqəsi olan Batumi və Cənubi Ozereyevka limanları vasitəsilə neft ixracının həcminin artırılması gözlənilir və həmçinin Qazaxıstan neftinin Novorossiysk və Odessa limanlarına olan ixracının qənaətbəxş səviyyədə saxlanılması planlaşdırılır", - deyə mənbə bildirib.

Qazaxıstan neftinin 2007-ci ildə boru kəməri nəqliyyatı vasitəsilə ixracı 55,6 milyon ton (dəmiryolu nəqliyyatı nəzərə alınmaqla 58,9 milyon ton), o cümlədən Qara dəniz regionuna 39,3 milyon ton, yəni 71% təşkil edib. Bu həcmdən Cənubi Ozereyevka limanına 25,6 milyon ton, Novorossiyskə - 5,5 milyon ton, Odessaya - 6,5 milyon ton, Batumiyə - 1,7 milyon ton tədarük olunub.

2008-ci ilin ilk rübündə Cənubi Ozereyevka limanına - 6,9 milyon ton, Novorosiyskə - 1,3 milyon ton, Odessaya - 1,7 milyon ton, Batumiyə isə 0,6 milyon ton tədarük edilib.

Xəbər lenti

Xəbər lenti