Azərbaycan, Bakı, 07 iyul / Trend / Cari ilin yanvar-iyun aylarında "Azəri-Çıraq-Günəşli" dəniz blokunu mənimsəyən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) təqribən 19 mln. ton Azeri Light növlü neft hasil edib. Bu göstərici 2007-ci ilin analoiji dövründə 16,7 mln. ton təşkil edib. Bu barədə bazar ertəsi ABƏŞ -dən bildiriblər.
Yanvar-iyun ərzində ümumi neft hasilatının 3 mln. tonu (2007-ci il yanvar-iyun - təxminən 3,5 mln. ton) "Çıraq", 15,5 mln. tondan çoxu (2007-ci il yanvar-iyun -13,2 mln. tondan çox) "Azəri", 388, 4 min ton neft isə (Ötən ilhasil olunmayıb)? "Günəşli" yatağının payına düşüb.
ABƏŞ -dən bildiriblər ki, iyunda "Çıraq" yatağında neft hasilatı 504,4 min ton təşkil edib. Bu göstərici 2007-ci ilin iyun ayında 531,3 min tona bərabər olub. "Azəri" yatağında 2007-ci ilin iyun ayının 2,34 mln. ton göstəricisinə nisbətdə 2,7 mln. ton neft hasil olunub. "Günəşli" yatağında 193,4 min ton neft hasil edilib. Ötən il bu yataqda neft hasil edilməyib.