...

ABŞ-ın Yaxın və Orta Şərqdəki  uğursuz siyasəti neft qiymətlərinə təsir edir - neft və qaz problemləri institutnun direktoru

Energetika Materials 11 İyul 2008 20:34 (UTC +04:00)
ABŞ-ın Yaxın və Orta Şərqdəki  uğursuz siyasəti neft qiymətlərinə təsir edir - neft və qaz problemləri institutnun direktoru

Azərbaycan, Bakı, 11 iyul/ Trend , müxbir A.Bədəlova / ABŞ-ın Yaxın və Orta Şərqdəki uğursuz siyasəti neftin qiymətinin artmasına kifayət qədər təsir edir, neft və qaz problemləri institutnun direktoru Anatoli Dmitriyevski "Vesti" telekanalında birbaşa efirdə deyib.

"Neft qiymətləri bir neçə səbəbdən artır. Birincisi, daim neft hasil edən ölkələrə edilən hücumlardır. Bundan başqa, möhtəkirlik amilləri də mövcuddur", - Dmitriyevski bildirib.

Onun sözlərinə görə, ilk növbədə, istehlakçı və istehsalçı arasında razılaşma olmalıdır.

Dmitriyevskinin dediyinə görə, bu gün enerji resurslarının tükənməsindən danışmaq tezdir. Resurs mənbələrindən biri, çoxlu müsbət sürprizlər verəcək Xəzər Dənizi regionudur.

"Inkişaf etməkdə olan ölkələrdə, xüsusilə də ABŞ-dan sonra ən böyük istehlakçıya çevrilən Hindistan və Çində tələbat artacaq. Artan tələbat resursların təbii tükənməsi səbəbindən, nə vaxtsa təklifə uyğun olmayacaq", - Dmitriyevski qeyd edib.

O, qeyd edib ki, İran kifayət qədər, o cümlədən Xəzər Dənizi regionundan kənarda neft resurslarına malikdir.

"İranın öz yataqları baxımından üstünlüyü var və üstəlik, türkmən qazının İrana təmin edilməsi üzrə qüvvədə olan layihələr də mövcuddur. Bu qaz kəmərinin gücü 8 milyard kubmetrdir. Gələcəkdə bu rəqəmin 30 milyard kubmetrə çatdırılması planlaşdırılır", - Dmitriyevski deyib.

Onun dediyinə görə, bütün bunlar qazın Avropaya çatdırılmasında İranın iştirak istəyini göstərir.

Xəbər lenti

Xəbər lenti