...

2008-ci ildə dünya neft istehlakı üzrə artım azalacaq – Qlobal İqtisadi Araşdırmalar Mərkəzi

Energetika Materials 22 İyul 2008 14:31 (UTC +04:00)
2008-ci ildə dünya neft istehlakı üzrə artım azalacaq – Qlobal İqtisadi Araşdırmalar Mərkəzi

Azərbaycan, Bakı, 22 iyul/ Trend , müxbir A.Bədəlova/ 2008-ci ildə dünyada neftə tələbatın artımı 2007-ci ildəki 1,1 mln. bareldən 0,9 mln. barelədək azalacaq. Bu barədə Londonun Qlobal İqtisadi Araşdırmalar Mərkəzinin (CGES) baş analitiki Mənuçöhr Təkinin məruzəsində bildirilir. Məruzə CGES-in rəsmi saytında yerləşdirilib.

Onun qiymətləndirmələrinə əsasən, 2008-ci ildə dünyada neftin istehlakı 2007-ci ildə sutkada 86 mln. barelə qarşı 86,9 mln. barel təşkil edəcək.

Kartelin sonuncu proqnozlarına əsasən, 2008-ci ildə OPEK-in neftinə tələbat sutkada orta hesabla 32 mln. barel təşkil edəcək ki, bu da 2007-ci il göstəricisindən 90 min barel aşağıdır. 2009-cu ildə OPEK-in neftinə tələbat 710 min barel - sutkada 31,2 mln. barelədək azalacaq.

Energy Intelligence Group CGES-in sonuncu aylıq məruzəsinə istinadən yazır ki, dünyada daha çox OPEK nefti lazımdır. Lakin kartel öz kvotalarını artırmaq istəmir.

"Kartel OPEK-ə daxil olmayan ölkələrdə neft hasilatı həcminin artmasını şişirdir və bəyan edir ki, dünya neft tədarükü ilə kifayət həcmdə təmin olunub. Dünya 2006-cı ilin ortalarından neft azlığı hiss edir, OPEK-in öz hasilatını artırmaq istəməməsinin yeganə səbəbi isə onun gəlirini artırmaq arzusudur", - məruzədə deyilir.

Sonuncu aylıq məruzədə bildirilir ki, kartelin bu il OPEK-ə daxil olmayan ölkələrin neft tədarükünün artacağını gözləməsi "qeyri-realdır".

"OPEK 2008-ci ildə bu ölkələrdə tədarükün 560 min barel artacağını proqnozlaşdırırdı. Lakin bu ilin birinci yarımilində neft hasilatı 330 min barel azalıb", - məruzədə bildirilir.

OPEK-in sonuncu proqnozlarına əsasən, 2009-cu ildə OPEK-ə daxil olmayan ölkələrdən neft tədarükü sutkada 0,9 mln. barel - 51 mln. barelədək artacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti