...

Gürcüstanın azərbaycanlıların kompakt yaşadıqları Laqodexi rayonunda su- elektrik stansiyası istismara verilib

Energetika Materials 22 İyul 2008 16:06 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 iyul/ Trend müxbir N.Kirtsxaliya/ Gürcüstanın azərbaycanlıların kompakt yaşadıqları Laqodexi rayonunun Qəbələ kəndində su - elektrik stansiyası istismara verilib. SES -in bərpası ABŞ -ın Beynəlxalq İnkişaf Agentliyinin "Kəndlərdə energetikanın inkişafı" Proqramı çərçivəsində həyata keçirilib.

SES - də bərpa işləri 2006 - cı ildə başlayıb və stansiyanın gücü 500 KVt-dən 1,5 MVt-dək artıb.

"Bizim məqsədimiz kəndlərdə iqtisadiyyatın inkişafıdır. Kəndlərdə energetika sistemi inkişaf etmədən buna nail olmaq mümkün deyil", - Agentlik rəhbərinin müavini Ken Yamaşita bildirib.

Gürcüstanın energetika nazirinin müavini Arçil Nikolaşvili bildirib ki, SES -in açılması bütün regionda iqtisadiyyatın inkişafı və sosial həyatın yaxşılaşmasına səbəb olacaq. SES -in sahibi Avtandil Çolokavın sözlərinə görə, Qəbələ SES Laqodexi rayonunu elektrik enerjisi ilə təmin edəcək.

Yerli sakinlər - azərbaycanlılar söyləyirlər ki, SES -in istismara verilməsi ilə onların elektrik enerjisi təchizatı ilə bağlı problemlərinin həllindən əlavə, torpaqların suvarılması vəziyyəti də yaxşılaşacaq.Son illərdə su çatışmazlığına görə onlar səpin apara bilməyiblər. İndi yerli sakinlər səpin ərazilərini artırmaq niyyətindədirlər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti