...

OMV Avstriyanın MOL şirkətini almaqdan imtina edib

Energetika Materials 8 Avqust 2008 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 avqust/ Trend / Avstriyanın OMV neft-qaz şirkəti Macarıstanın MOL şirkətini almaq barədə təklifini geri götürüb. Bu barədə OMV-nin cümə günü yayılan məlumatında bildirilir.

Belə qərarın səbəbi, Avropa Komissiyasının OMV-nin təklif etdiyi müqavilə şərtlərini qəbul etməməsi barədə bəyanatı olub.

2007-ci ilin iyununda OMV Macarıstan şirkətində iştirak payını 20 faizə çatdırıb və qalan hissəsini almaq istəyib. O, bunun üçün $20 mlrd. təklif edib.

OMV inanır ki, Mərkəzi Avropa neft və qaz sənayesində təmərküzləşmə davam etdiriləcək.

OMV-nin Baş direktoru Volfqanq Ruttenstroferin bildirdiyinə görə, iki şirkətin birləşməsi neft tədarüklərinin daha böyük diversifikasiya etməklə bütün regionun enerji təchizatının təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıra bilərdi.

Hazırda OMV özünün MOL şirkətindəki 20,2 faizlik səhm payını artırmaq üçün müxtəlif variantları nəzərdən keçirir.

Xəbər lenti

Xəbər lenti