...

Yanvar-iyun aylarında ABŞ Azərbaycandan neft məhsulları idxalını artırıb

Energetika Materials 2 Sentyabr 2008 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 sentyabr / Trend / Cari ilin yanvar-iyun aylarında ABŞ Azərbaycandan 183 min barel neft məhsulları idxal edib. Ötən ilin analoji dövründə Azərbaycandan ABŞ -a neft məhsulları ixracı 17 min barel təşkil edib. Bu barədə ABŞ Dövlət Enerji İnformasiyaları İdarəsinin (EIA) məlumatında bildirilir.

Ötən il ABŞ Azərbaycandan 2,2 mln. barel neft məhsulu idxal edib. Bu göstərici 2006 -cı ildə 351 min barelə bərabər olub.

2005 - ci ildə ABŞ Azərbaycandan 563 min barel həcmində neft məhsulları alıb. 2004 - cü ildə isə, bu rəqəm 484 min barel təşkil edib.

Xəbər lenti

Xəbər lenti