Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir A.Bədəlova/ 8 -12 sentyabr həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $100,75/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $6,95/barr azdır.
8 -12 sentyabr həftəsində AZERI LT neftinin maksimal qiyməti $104,53/barr, minimal qiyməti $98,88/barr təşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.
8 -12 sentyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $96,35/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $6,38/barr azdır.
8-12 sentyabr həftəsində URALS neftinin maksimal qiyməti $99,96/barr, minimal qiymət $94,63/barr təşkil edib.
URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.
8-12 sentyabr həftəsində Brent Dated neftinin orta qiyməti $98,03/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $6,67/barr azdır.
Ötən həftə Brent neftinin maksimal qiyməti $101,64/barr, minimal qiymət isə $96,25/barr təşkil edib.
Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.
Müəlliflə əlaqə ünvanı - [email protected]