...

"Azərenerji" qanunsuz istifadə olunan elektrik enerjisi həcmini açıqlayıb

Energetika Materials 27 Sentyabr 2008 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr / Trend / Cari ilin yanvar-avqustunda istehlakçılar tərəfindən qanuna zidd fəaliyyət nəticəsində 69,4 mln. kVt/saat elektrik enerjisi qanunsuz olaraq istifadə edilib. Bu barədə "Azərenerji" SC-nin şənbə günü yayılan məlumatında bildirilir. Sərf olunan elektrik enerjisinə görə məbləğin böyük hissəsi artıq ödənib, qalan hissənin ödənilməsi üçün iş aparılır.

Avqustda qanunsuz şəkildə istifadə olunan elektrik enerjisinin dəyəri 790 min manat təşkil edib ki, bunun da artıq təqribən 44 faizi ödənib.

"Azərenerji"nin məlumatında bildirilr ki, qanunsuz fəaliyyətə daha çox məişət abunəçiləri arasında rast gəlinir.

Xəbər lenti

Xəbər lenti