Azərbaycan, Bakı 21 oktyabr / Trend müxbir E.İsmayılov/ "Azərenerji" Səhmdar Cəmiyyətinin rəhbəri Etibar Pirverdiyev bildirib ki, Azərbaycan elektrik enerjisini axşam saatlarında, kilovatı altı sentə Rusiyaya satmağa başlayıb.
Etibar Pirverdiyev deyib: "Biz uzun müddətdir Rusiyadan elektrik enerjisi idxal etmirik. Son aylarda isə balans tamamilə dəyişib. Belə ki, biz artıq enerjini, əvvəl Rusiyanın bizə satdığı qiymətlə qonşu ölkəyə ixrac edirik".
İrana elektrik enerjisi üzrə borcun, qonşu ölkə ilə razılaşdırılmış qrafik əsasında aparıldığını nəzərə çatdıran "Azərenerji"-nin rəhbəri deyib, "Onlar bizə hansı saatda və nə qədər enerji lazım olduğunu xəbər verir və buna əsasən biz borcumuzu qaytarırıq".
Artıq bir ildir ki, Naxçıvan elektrik enerjisini idxal etmir. Muxtar Respublikanın enerji sistemi sutkalıq 300-400 min kilovat elektrik enerjisini Türkiyəyə ixrac edir. Etibar Pirverdiyevin sözlərinə görə, Naxçıvanda bir neçə su elektrik stansiyasının inşası nəzərdə tututlub. 36-40 meqavat gücündə Ordubad su elektrtik stansiyasının inşasına 2009-cu ildə başlanacaq və bir ilə tikinti işləri başa çatacaqdı.
Məqalə müəllifi ilə əlaqə ünvnanı: [email protected]