...

AGİP KCO-ya "Kaşaqan" yatağından neft hasil etmək üçün 1 il vaxt verilib

Energetika Materials 1 Noyabr 2008 13:16 (UTC +04:00)

Qazaxıstan, Astana, 01 noyabr/ Trend , müxbir K.Konırova/ Qazaxıstanın "Kaşaqan" yatağından ilk neftin hasilatı 2012-ci il dekabrın 1-də başlamalı olsa da, AGİP KCO konsorsiumunun 2013-cü il dekabrın 31-dək vaxtı var, "KazMunayqaz" şirkətinin vitse-prezidenti Məksət İdenov Trend -ın Astanadakı xüsusi müxbirinə bildirib.

"Hasilat müddəti 2013-cü ili ötərsə, onlar [konsorsium iştirakçıları] zəruri xərcləri özləri ödəyəcəklərini bildiriblər", - İdenov bildirib.

Onun sözlərinə görə, "Kaşaqan"dan neft hasilatının birinci mərhələsində sutkada 450 min barel, yatağın tammiqyaslı işlənilməsi zamanı isə sutkada 1,5 mln. barel neft hasil ediləcək.

"Təcrübi faza bir-iki ildən sonra başa çatacaq və dərhal yatağın tammiqyaslı işlənilməsi başlayacaq", - İdenov bildirib.

"KazMunayqaz"ın vitse-prezidentinin sözlərinə görə, layihənin realizəsinin başladığı vaxtdan indiyədək kapital xərclər 12,3 mlrd. dollar təşkil edib.

AGİP KCO konsorsiumunun "Kaşaqan" layihəsinin 136 mlrd. dollar məbləğində  büdcəsinə dair Qazaxıstana etdiyi təklifə toxunan İdenov bildirib ki, Qazaxıstanın danışıqlar qrupu bu rəqəmi qəbul etməyib.

"Biz təcrübi fazaya kifayət edəcək məbləği qəbul etmişik və onun büdcəsini hər il təsdiq edirik. 2008-ci ilin büdcəsini təsdiqləsək də, 2009-cu ilin büdcəsi təsdiqlənməyib. Belə ki, biz xərcləri respublikanın adından ödəyirik və nəyə görə vəsait ödəndiyini bilmək lazımdır", - İdenov bildirib.

Onun sözlərinə görə, "Kaşaqan"ın tammiqyaslı işlənilməsinə çəkiləcək xərclər AGİP KCO injiniriq, kapital və əməliyyat xərcləri üzrə məlumatları təqdim etdikdən sonra təsdiqlənəcək.

"Kaşaqan" yatağından hasil edilən neftin bir hissəsi Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql ediləcək. "Kaşaqan" layihəsinin bəzi səhmdarları BTC neft kəmərinin çəkilməsində sərmayədar qismində çıxış ediblər və beləliklə, onlar neftin boru ilə nəqlini həyata keçirmək hüququna malikdirlər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti