...

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti neft hasilatını artırıb

Energetika Materials 16 Dekabr 2008 21:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr/ Trend / Yanvar-noyabrda Azərbaycanda təxminən 41 mln. ton neft və kondensat hasil edilib ki, bu da 2007-ci ilin analoji dövründəki neft və kondensat hasilatı göstəricisindən 5,5 faiz çoxdur, - Dövlət Statistika Komitəsindən bildiriblər.

Yanvar-noyabrda neft hasilatının əsas həcmi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) payına düşüb. O, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan 33 mln. ton neft və qaz kondensatı hasil edib ki, bu da ötən ilin göstəricisindən 7,4 faiz çoxdur.

Yanvar-noyabrda Azərbaycanda qaz hasilatı təxminən 21 mlrd. kubmetr təşkil edib -2007-ci ilin yanvar-noyabrından 42,7 faiz çox. ABƏŞ-in payına səkkiz mlrd. kubmetr qaz düşüb ki, bu da 2007-ci ildən 68,2 faiz çoxdur.

Yanvar-noyabr ərzində Azərbaycanda 18,1 mlrd. kVt/saatdan çox elektrik enerjisi istehsal edilib - 2007-ci ilin yanvar-noyabrında istehsal edilmiş elektrik enerjisi həcmindən 1,5 faiz azdır.

Xəbər lenti

Xəbər lenti