...

Azərbaycanda dizel yanacağının keyfiyyətinə yeni standartlar tətbiq olunacaq

Energetika Materials 4 Mart 2009 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir E.İsmaylov / "2009-cu il ərzində Azərbaycanda dizel yanacağının keyfiyyətinə yeni dövlət standartları tətbiq olunacaq", - Y.Q.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Neft və Neft-Kimya Məhsullarının Standartlaşdırılması laboratoriyasının rəhbəri Qasım Qasımov deyib.

"Biz artıq bu standartları Heydər Əliyev adına Neft Emalı Zavodu ilə (NEZ) razılaşdırmışıq. Hazırda Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər və Səhiyyə nazirlikləri ilə razılaşdırma işləri aparılır. Razılaşdırmalardan sonra standartlar Standartlaşdırma, Metrologiya və Patentləşdirmə üzrə Dövlət Komitəsinə təqdim ediləcək",- Qasımov bildirib.  

Bu standartlar Standartlaşdırma, Metrologiya və Patentləşdirmə üzrəDövlət Komitəsindən keçəndən sonra yeni standartlar ölkədə qəbul olunacaq və tətbiq olunacaq. Hazırda Azərbaycanda dizel yanacağı dövlət standartlarına uyğun istehsal olunur.

Qasımovun sözlərinə əsasən, yeni keyfiyyət standartlarında istehsal olunacaq dizel yanacağında kükürdün səviyyəsi 0,1% təşkil edəcək. Hazırda isə Heydər Əliyev adına NEZ-in istehsal etdiyi dizelin tərkbində qəbul olunmuş standartlardan az olaraq 0,05-0,065% kükürd mövcuddur.

Proqnozlara əsasən 2009-2011-ci illərdə Avropada dizel yanacağı tərkibində 0,001% kükürd olmaqla istehsal olunacaq.

Lakin Azərbaycanda dizel yanacağının keyfiyyətinin bu səviyyəyə çatdırılması NEZ-in yenidən təchiz edilməli olduğundan hazırda mümkün deyil.

"Dizel yanacağının Avropa standartları səviyyəsinə qaldırılması NEZ-in yeni avdanlıqlarla təchiz edildiyi və yaxud, yeni neft-kimya zavodunun tikildiyi zaman mümkün olacaq", - Qasımov qeyd edib.  

Onun sözlərinə görə, institutun təklif etdiyi yeni standart layihəsi dizel yancağının qoxusunun səviyyəsini azaltmağı da nəzərdə tutur. NEZ-in texnologiyaları köhnəldiyindən dizeldəki qoxunun səviyyəsini təyin etmək mümkün deyil. Dizel yanacağında qoxu səviyyəsinin yüksək olması avtomobil mexanizmlərinin sıradan çıxmasına səbəb olur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti