...

Azərbaycanda neft bitumu istehsalı əhəmiyyətli dərəcədə artıb

Energetika Materials 16 Mart 2009 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend / 

SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərkibinə daxil olan Bakı neft emalı zavodları  - Heydər Əliyev adına zavod (keçmiş Azerneftyanacag) və Azerneftyag yanvar-fevral aylarında 865,8 min ton neft məhsulu istehsal ediblər. Bu müəssisələrdə neft məhsulları istehsalı ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə 11,2 faiz azalıb.

2008-ci ilin ilk iki ayına nisbətdə avtomobil benzini istehsalı 19,6 faiz, neft bitumu istehsalı isə 58,9 faiz artıb. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən bildiriblər. Neft məhsullarının digər növlərinin istehsalı üzrə enmə müşahidə olunub.

2009-cu ilin yanvar-fevralında Azərbaycanda neft məhsulları istehsalı:

Min ton

2009-cu il yanvar-fevral

2008-ci ilin yanvar-fevralına nisbətdə % -lə

Avtomobil benzini

187,6

119,6

Kerosin

111,2

87

Yanacaq mazutu

127,3

41,4

Dizel yanacağı

364,8

88,3

Neftbitum

25,9

158,9

Sürtkü yağı

3,8

70,4

Nafta

45,2

96,2

Xəbər lenti

Xəbər lenti