...

"Nabukko" üçün heç bir təhlükə yoxdur – Gürcüstanın energetika naziri

Energetika Materials 19 Mart 2009 17:33 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 19 mart / Trend , müxbir N.Kirtsxaliya /  

Gürcüstanın energetika naziri Aleksandr Xetaquri "Nabukko" layihəsi üçün heç bir təhlükə görmür. Bu barədə o, bu gün Tbilisidə jurnalistlərə Avropanın Rusiya qazının "Köhnə dünya"ya nəqlini nəzərdə tutan "Cənub axını" layihəsinə üstünlük verməsinə dair KİV-də yayılan məlumatları şərh edərkən bildirib.

"Bu cinasdır, Avropa Rusiyanın iştirakı olmadan əldə edə biləcəyi alternativ qazdan heç vaxt imtina etməz", - deyə Xetaquri bildirib. Lakin onun sözlərinə görə, ola bilsin ki, iki qaz kəməri - "Nabukko" və "Cənub axını" birləşdirilsin.

"Bu vahid sistemin yaradılacağı Türkiyədə mümkün ola bilər. Hamını bir daha əmin edə bilərəm ki, bir ay öncə Avropa İttifaqı ölkələri tərəfindın imzalanan Aralıq və Xəzər dənizi qazının Avropaya tədarükü üzrə "Nabukko" boru kəmərinin tikintisi barədə saziş həyata keçiriləcək", - deyə Xetaquri əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti