...

SOCAR martda təqribən 500 min ton neft emal edib

Energetika Materials 15 Aprel 2009 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel / Trend /

Yanvar-mart aylarında SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərəfindən neft emalı zavodlarına emal üçün təqribən 1,5 mln. ton neft göndərilib. Bu göstərici ötən ilin analoji dövründə 1,9 mln. ton təşkil edib. Bu barədə SOCAR-ın məlumatında bildirilir. Martda SOCAR emala təqribən 485 min ton neft göndərib.

2008-ci ildə SOCAR emala təqribən 7,4 mln. ton neft göndərib.  

Azərbaycanda neft məhsulları ümumi gücü ildə 20 mln. ton neft olan iki Bakı Neft Emalı Zavodunun (NEZ) bazasında istehsal olunur. Hər iki NEZ hər il şəxsi vəsaitləri hesabına quru və dənizdə yerləşən yataqlardan hasil etdiyi təqribən 6 mln. ton neft emal edən SOCAR-ın tərkibinə daxildir.

Azərbaycanda 57 neft-qaz yatağı var, onların 18-i dənizdə, qalanları isə quruda yerləşir. Bu gün SOCAR-ın əməkdaş heyəti təqribən 63 min nəfərdir.

Xəbər lenti

Xəbər lenti