...

SOCAR Azərbaycanın elektrik stansiyalarına qaz tədarükünü artırıb

Energetika Materials 18 May 2009 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may / Trend /

Yanvar-apreldə "Azərenerji" Səhmdar Cəmiyyətinə (Azərbaycanda iri elektrik enerjisi istehsalçısı) yanacaq kimi istifadə olunmaq üçün ötən ilin analoji dövrünün 1,53 mlrd. kubmetrinə nisbətdə 1,8 mlrd. kubmetr qaz verilib. Bu barədə "Azərenerji"yə qaz tədarük edən SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti) məlumatında bildirilir.

Apreldə elektrik enerjisi idarəsinə 423,3 mln. kubmetr qaz verilib.

2008-ci ildə "Azərenerji"yə təqribən 5 mlrd. kubmetr, 2007-ci ildə isə 3,4 mlrd. kubmetr qaz verilib.

2007-ci ilin aprelindən Azərbaycanda dövlət idarələri arasında qaz əməliyyatlarının aparılması üzrə qarşılıqlı hesab sxeminə dəyişiklik edilib. Azərbaycan Dövlət Neft Şirkəti şəxsi qazını "Azərenerji" SC-yə birbaşa satır. Əvvəllər SOCAR bu əməliyyatı "Azəriqaz" SC (Azərbaycanda qaz paylanması və satışı) vasitəsilə həyata keçiriridi.

"Azərenerji"nin "Azəriqaz" tərəfindən tədarük olunan qaza görə ödənişi aşağı səviyyədə aparması səbəbindən ikincinin də öz növbəsində aldığı yanacağa görə SOCAR qarşısında borcu yaranırdı. Hazırda "Azəriqaz" yalnız elektrik stansiyalarına qaz tədarük edir.

Xəbər lenti

Xəbər lenti