Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir Y.Ostapenko /
Azərbaycan Cənubi Qafqaz regionunda sadiq və sınanmış tərəfdaşlardan biridir. Bu barədə çərşənbə günü Ruminiya XİN-in starteji məsələlər üzrə dövlət katibi Boqdan Auresku Azərbaycanın XİN və NATO tərəfindən təşkil olunmuş "Enerji təhlükəsziliyi: dəvətlər və yeni imkanlar" seminarında bildirib.
"Azərbaycanın konstruktiv və balanslaşdırılmış siyasəti NATO çərçivəsində də fərdi surətdə özünü göstərir. Günbəgün vacib xarekter daşıyan, yalnız ticari xeyir güdməyən enerji təhlükəsizliyi məsələsi ayrı-ayrı ölkələrin fərdi təhlükəsizliyinin təmin edilməsi məsələsidir", - deyə Auresku bildirib.
Onun sözlərinə əsasən, enerji tədarükünün diversifikasiyası münaqişələrin baş verməsi ehtimallarını azaltmağa kömək edəcək.
"Azərbaycana işçi qruplarının fəaliyyətinin təmin edilməsi üzrə ölkənin yatırdığı sərmayə üçün minnətdaram. Qara dəniz və Xəzər regionunda da əlavə əməkdaşlığa ehtiyac var. Enerji təhlükəsizliyi məsələsi NATO-nun növbəti sənədlərində öz əksini tapmalıdır. Ruminiya NATO-nun regional təşəbbüslərdəki rolunu görür", - deyə Auresku bildirib.