...

BP İranın təsdiqlənmiş qaz ehtiyatları proqnozunu artırıb

Energetika Materials 11 İyun 2009 17:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun / Trend , müxbir А.Bədəlova /

BP şirkətinin dünya enerjisi üzrə statistik icmalında deyilir ki, İranın 1 yanvar 2009-cu ilə təsdiqlənmiş qaz ehtiyatları 29,61 trilyon kubmetr təşkil edib ki, bu da 1 yanvar 2008-ci ildəki rəqəmdən 1,48 trilyon kubmetr çoxdur.

BP qiymətləndirməsinə əsasən, İranın 1 yanvar 2009-cu ilə təsdiqlənmiş qaz ehtiyatları ümumdünya qaz ehtiyatlarının 16 faizini təşkil edir.

2008-ci ildə İranda qaz hasilatı 116,3 milyard kubmetr təşkil edib ki, bu da 2007-ci ilin göstəricisindən 3,6 faiz çoxdur. BP-nin məlumatında deyilir.

BP-nin icmalına əsasən, 2008-ci ildə İranda qaz istehlakı 3,8 faiz artaraq 117,6 milyard kubmetr təşkil edib.

BP-nin məlumatına görə, İranın 1 yanvar 2009-cu ilə təsdiqlənmiş neft ehtiyatları 137,6 milyard barel təşkil edir ki, bu da 2008-ci ilin əvvəlindəki rəqəmdən 600 milyon barel azdır. Şirkətin icmalında deyilir ki, İranın 1 yanvar 2009-cu ilə təsdiqlənmiş neft ehtiyatları ümumdünya neft ehtiyatlarının 10,9 faizini təşkil edir.

2008-ci ildə İranda neft hasilatı sutkada 4,325 milyon barrel təşkil edib ki, bu da 2007-ci ilin göstəricisindən 0,2 faiz azdır. BP-dən bildirilib.

BP-nin icmalına görə, 2008-ci ildə İranda neft istehlakı 2,1 faiz artaraq sutkada 1,73 milyon barel təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti